Miqrasiya xidməti direktora cinayət izi açdırdı

img

07-05-2013 [03:51]


Bakı şəhərində fəaliyyət göstərən ?Region Consult? Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluqdan daxil olan xəbərə görə, müəyyənləşdirilib ki, qeyd edilən cəmiyyətin təsisçisi və direktoru Tariyel Mirzoyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir qrup yerli və xarici şirkətlərin ölkəmizə gətirdikləri əməkçi miqrantların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmələri üçün fərdi icazə almaları ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə edilmiş müraciətlərin qısa müddət ərzində müsbət cavablandırılması öhdəliyini öz üzərinə götürüb. Bundan sonra rəhbərlik etdiyi müəssisənin hesabına hər bir əcnəbi miqranta görə müvafiq miqdarda pul vəsaitinin ödənilməsinə nail olmaqla nəticədə dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA