Məleykə Abbaszadə yeni nazir Mikayıl Cabbarovun attestat təklifinə "yox" dedi

img

07-05-2013 [01:37]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirib. Jurnalistlərə açıqlamasında M. Abbaszadə qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək: "Mövcud qanunvericilik var. Hələki attestalar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik". Qeyd edək ki, Mikayıl Cabbarovun hər hansı fəndən "iki" alıb-almamasından asılı olmayaraq, bütün 11-ci sinif şagirdlərinin attestat almasının tərəfdarı olduğunu söyləyib. O, bunu qanunvericilik və sosial ədalət baxımından düzgün sayıb(trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA