Deputat Milli Məclisdə ağladı

img

07-05-2013 [01:05]


Parlamentin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan iclasda mərhum prezidentlə birgə çalışan millət vəkillləri çıxış edib. İlk çıxış edən Fəttah Heydərov Heydər Əliyevin xidmətlərindən danışıb. Daha sonra çıxış edən parlamentin komitə sədri Arif Rəhimzadə mərhum prezident barəsində danışarkən gözyaşlarını saxlaya bilməyib: ?Heydər Əliyev 10 ilə yaxındır ki, bizimlə deyil, lakin bu dövr uzun illər də davam edəcək. Çünki bugünkü gələcək inkişafımız onun qurduğu (pauza) bünövrə üzərində ucalıb. Heydər Əliyev dünyasını dəyişməsi ərəfəsində də xalqının gələcəyini düşünüb. O, üzərinə böyük məsuliyyət götürərək gələcək dövlət başçısı haqda da xalqına mudrik məsləhət vermişdi?. Bu zaman Arif Rəhimzadə kövrələrək ağlayıb. O, nitqini bir neçə dəfə pauzalarla davam etdirib. Parlament isə onun çıxışını bir neçə dəqiqəlik alqışla qarşılayıb(Qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA