imizlidə icra bazçısı ilə deputatlar toplantı keçirdi

img

07-05-2013 [12:15]


Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar ?Azərsun Holdinq?də Tədbirlər Planının icrasına uyğun olaraq mayın 7-də İmişli Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin, millət vəkili Çingiz Qənizadənin, Şəkər zavodu əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib. Mia.az ?Qafqazinfo?ya istinadən xəbər verir ki, tədbir iştirakçıları, İmişli şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin heykəlini, yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarət ediblər. İmişli İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Millət vəkili Çingiz Qənizadə, Azərsun Holdinqin baş direktoru Ahmet Yeman və digər natiqlər, Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə milli sahibkarlığın inkişafında əvəzolunmaz xidmətləri, onun müstəqilliyimizin qarantı kimi dövlətimizin davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, bütün respublikada olduğu kimi, İmişlidə də həyata keçirilən tikinti quruculuq işlərinin, yeni iş yerlərinin açılması və xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu sahədə ?Azərsun Holdinq?in də fəaliyyəti yüksək qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA