Gülər Əhmədovanın vəkili ilə zəhər prokuroru nədən danızıb?

img

07-05-2013 [11:28]


Sabiq YAP-çı deputat, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova azadlığa çıxa bilər. Sabiq deputatın vəkili Əfsər Talıbov dünən minval.az saytının əməkdaşı ilə söhbətində işlə bağlı bəzi yeni detalları açıqlayıb. Vəkil deyib ki, mayın 4-də G.Əhmədovanın xahişi ilə Bakı şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub. Görüşdə məqsəd sabiq deputatın mesajını Bakı şəhər prokuroruna çatdırmaq olub. Sabiq deputat və onun vəkilləri mayın 13-nə hazırlaşır. Həmin tarixdə G.Əhmədovanın həbsindən 3 ay keçəcək. Həbs müddətinin uzadılıb-uzadılmayacağı həmin tarixdə keçiriləcək məhkəmə prosesindən asılıdır. Ə.Talıbov Ə.Seyidovla görüşdə G.Əhmədova barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün müraciət edib: ?Bu, Gülər xanımın xahişi idi. Mən Gülər xanımın səhhətindəki problemlər, müalicəsi ilə bağlı ona məlumat verdim. Himayəsində azyaşlı uşağın olması, habelə istintaqa yardım üçün deputatlıq mandatından imtina etməsini xatırlatdım. Bildirdim ki, Gülər xanım ev dustağı olacağı müddətdə də ölkəni tərk etməyəcək. Hörmətli Əziz Seyidov məni ehtiramla qəbul etdi və dediklərimi dinlədi. Amma hər hansı söz vermədi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA