Orta məktəblərin buraxılız imtahanlarının yeri və vaxtı açıqlandı - SiYAHI

img

06-05-2013 [10:01]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-cü ildə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının qrafikini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının aşağıdakı qrafik üzrə keçirilməsi nəzərdə tutulur: 02.06.2013 1 Nərimanov 2 Səbail 3 Yasamal 4 Nəsimi 5 Nizami 6 Binəqədi 7 Sabunçu 8 Xətai 9 Suraxanı 10 Xəzər 11 Qaradağ 12 Sumqayıt 13 Abşeron Rus bölməsi (Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən) 07.06.2013 1 Naxçıvan MR 2 İmişli 3 Ağcabədi 4 Ağdam 5 Saatlı 6 Sabirabad 7 Füzuli 8 Beyləqan 9 Xocavənd 10 Lənkəran 11 Astara 12 Masallı 13 Lerik 14 Yardımlı 15 Cəlilabad 16 Salyan 17 Neftçala 18 Biləsuvar 12.06.2013 1 Yevlax 2 Bərdə 3 Tərtər 4 Gəncə 5 Daşkəsən 6 Göygöl 7 Samux 8 Naftalan 9 Goranboy 10 Şəmkir 11 Gədəbəy 12 Ağstafa 13 Qazax 14 Tovuz 15 Göyçay 16 Ucar 17 Kürdəmir 18 Ağdaş 19 Zərdab 17.06.2013 1 Xızı 2 Siyəzən 3 Şamaxı 4 İsmayıllı 5 Qobustan 6 Quba 7 Şabran 8 Qusar 9 Xaçmaz 10 Şəki 11 Balakən 12 Qax 13 Qəbələ 14 Oğuz 15 Zaqatala 16 Ağsu 17 Mingəçevir 18 Şirvan 19 Hacıqabul Qeyd : İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər. Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri tədim edəcəklər: 9-cu siniflər: 1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir) 2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) 3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 11-ci siniflər: 1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir ) 2. şəxsiyyəti təsdiq edən sənədin əslini a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA