?Gənclərin Elmi Arazdırmalarına Dəstək? ictimai Birliyi qalib oldu

img

06-05-2013 [05:35]


il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondu ikinci qrant müsabiqəsini elan etmişdir. Müsabiqəyə müxtəlif kateqoriyalar üzrə 387 layihə təklifi daxil olmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Bu müsabiqə çərçivəsində ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin təqdim etdiyi ?Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi? adlı layihəsi qalib olmuşdur. Layihənin Azərbaycan Texnologiya Universitetində icra edilməsi nəzərdə tutulmuşdur. Layihənin əsas ideyasını regiondakı gənc tədqiqatçıları elmi məqalələrin, beynəlxalq konfrans materiallarının və tezislərin müasir elmi tədqiqat metodlarından istifadə edərək hazırlanması istiqamətində maarifləndirilməsi təşkil edir. Burada əsas məqsəd gənc tədqiqatçıları ixtisaslar üzrə beynəlxalq elmi bazalardan və rəqəmsal kitabxanalardan istifadə imkanları haqqında məlumatlandırmaq, onları beynəlxalq indeksli jurnallarda məqalələr dərc etdirməyə təşviq etməkdir. Layihə çərçivəsində aşağıdakı mövzular üzrə seminarlar keçiriləcəkdir: ? ?Elmi məqalə, məruzə və tezislərin müasir tədqiqat üsullarına uyğun olaraq hazırlanması?; ? ?Elmi tədqiqat prosesində informasiya texnologiyalarından istifadə qaydaları?; ? ?Beynəlxalq elmi bazaların, rəqəmsal kitabxanaların axtarış imkanları?; ? ?Beynəlxalq indeksli elmi jurnallarda məqalələrin nəşrinə qoyulan tələblər? Layihəsinin reallaşması regiondakı gənc tədqiqatçıların elmi tədqiqatlarının nəticələrinin beynəlxalq elmi jurnallarda nəşr olunmasına kömək edəcək və onların beynəlxalq elmi mühitə inteqrasiyasını təmin edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA