Keçmiz nazir yeni nazir Mikayıl Cabbarov və izdən çıxarılması haqda nə dedi?

img

06-05-2013 [12:45]


Sabiq təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, o, Azərbaycanın yeni təhsil nazirini ilk təbrik edən şəxslərdən biri olub: ?Ona yeni vəzifəsində uğur arzulamışam. Mənə elə gəlir ki, o cənab prezidentin etimadını doğruldacaq. Bu işdə ona uğurlar diləyirəm. Hamımız ona kömək etməliyik?. Misir Mərdanov nazir vəzifəsindən çıxarılması haqda da danışıb. Hazırda isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru olan Misir Mərdanov onu da deyib ki, deyib: ?Gələcək planlarıma gəldikdə hazırda işçilərin problemləri ilə tanış oluram və müəyyən müddətdən sonra öz proqramımı açıqlayacağam?. Misir Mərdanov nazir vəzifəsindən azad olunmasından da danışıb: ?Mən prezidentin bu qərarını çox yaxşı qarşıladım. 5 il ümumilli lider Heydər Əliyev, 10 il isə İlham Əliyevin rəhbərliyi altında işləmişəm. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. 67 yaşlı professor üçün bir vəzifədən başqa işə keçməsini yüksək qarşılayıram. Bunu prezidentin mənə qarşı yüksək və diqqət və qayğısı hesab edirəm. Bundan sonra da onların etimadını doğruldacam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA