Gömrüyün ?xaç atası? ilə bağlı dosye; Vüsal Novruzovun keçmizi də arazdırılır

img

06-05-2013 [11:06]


Adı Gömrük Komitəsindəki müxtəlif qalmaqallarda və ?qara mühasibatlığı?ın ?xaç atası? olmaqda hallanan Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun barəsində mia.az-a yeni məlumatlar daxil olub. Məlumata görə, komitədəki ?Nehrəmli qruplaşması?nın sayəsində mövqe sahibi olan Vüsal Novruzovun sonradan mənsub olduğu qruplaşmaya da arxa çevirməsi onun daxildəki rəqiblərinin sayını artırıb. Odur ki, Vüsal Novruzov haqda ən adi məlumatların toplanılması belə, gömrükdəki bütün qruplaşmaların marağındadır: ?Hazırda Vüsal Novruzovun keçmişi və bu vəzifəyə yüksəlişi ilə bağlı ən dəqiq məlumatlarla zəngin qovluq hazırlanır. Onun gömrükdəki həmyerliləri ilə münasibətlərindən tutmuş, Ukraynadakı yarımçıq təhsili ilə bağlı faktlar da araşdırmanın əsas predmetlərindəndir?. Vüsal Novruzovun Ukraynadakı ali məktəbdən qovulmasının səbəbi ilə yanaşı, atası Zeynal Novruzovun da bir neçə il əvvəl nazirliklərin birində nədən yüksək vəzifədən kənarlaşdırılması ilə bağlı çox ciddi xəbərlər də var. Bu və ya digər xəbərlərlə bağlı dəqiqləşdirmələrimiz davam edir. Təəssüf ki, qarşı tərəfin münasibətini öyrənmək cəhdlərimiz də fayda vermir. Əgər qarşı tərəf münasibətini bildirmək istərsə, yaymağa hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA