Azərbaycan əsgəri iki hərbçi yoldazını güllələdi

img

04-05-2013 [03:13]


Azərbaycan Ordusunun əsgəri iki hərbçi yoldaşını yaralayıb. APA-nın məlumatına görə, hadisə mayın 1-də Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Aqil Rəsulovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşları Ceyhun Əmiraslanov və Şahin Rəhimova dəyib. Hər iki əsgər xəsarətlə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, yaralı əsgərlərin vəziyyəti kafidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA