Təhsil naziri TQDK ilə əlaqədən, attestatdan, maazlardan, I sinifə qəbuldan danızdı

img

04-05-2013 [01:42]


Təhsil naziri Mikayıl Cabbarov bundan sonra nazirliyin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə münasibətlərinin necə olacağına aydınlıq gətirib. Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra Təhsil Nazirliyinin bu sahədə fəaliyyət göstərən hər bir dövlət qurumu və orqanı ilə münasibətləri qarşılıqlı hörmət, qanunun aliliyi və Azərbaycan vətəndaşlarının mənafeyi naminə qurulacaq. Nazirin sözlərinə görə, təhsil sahəsindəki islahatlar ?Azərbaycan 2020: Gələcəyə baxış? konsepsiyasına əsasən həyata keçiriləcək. Nazir qeyd edib ki, dərsliklərlə bağlı məsələdə də Təhsil Nazirliyi müvafiq qurumlarla, Dərslikləri Qiymətləndirmə Şurası və müəlliflərlə lazımi tədbirlər həyata keçirəcək: ?Təhsil nazirliyi daha çox maraqlıdır ki, dərsliklərin keyfiyyəti ildən-ilə təkmilləşdirilsin və mükəmməlləşdirilsin. Ona görə də qurumlarla müvafiq tədbirlər həyata keçiriləcək?. Mikayıl Cabbarov həmçinin müəllimlərin məvacib məsələsinin də diqqətdə saxlanıldığını deyib. Daha sonra nazir KİV-lə nazirliyin bundan sonra mütəmadi olaraq görüşəcəyini bildirib. ?Biz təhsil naziri olaraq sizi əmin etmək istəyirəm ki, KİV vasitələri və cəmiyyətlə münasibətlərimizi tam şəffaf və açıq şəkildə quracağıq. Biz növbəti həftələr ərzində daimi olaraq brifinqlər keçirəcəyik. Çox güman ki, bu brifinqlər iki həftədə bir dəfə olacaq. Təhsil Nazirliyinin müvafiq səlahiyyətə malik olan işçilərinə birbaşa suallar vermək imkanınız yaranacaq. Məlumat qıtlığı olmayacaq?. Nazir deyib ki, təhsil sahəsində tələskən qərarların verilməməlidir: ?Amma sizə deyə bilərəm ki, şagirdlərin birinci sinfə qəbul olunma məsələsi yaxından araşdırılır, təkmilləşdirmə və dəyişiklik olduğu təqdirdə ictimaiyyət bu məsələdə daha tez zamanda məlumatlandırılacaq?(modern.az). *** Azərbaycanda orta məktəbi bitirən bütün məzunlara attestat verilə bilər. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fəndən illik qiyməti ?2? olan şagirdlər buraxılış imtahanlarına buraxılmır. Eyni zamanda imtahana buraxılan şagirdlər hər hansı imtahandan ?2? aldığı təqdirdə, onların yekun attestasiyası aparılmır: ?Nəticədə hər iki kateqoriyadan olan məzunlar attestat almaqdan və ali, orta ixtisas təhsili müəssisələrinə sənəd verməkdən məhrum olurlar. Statistik məlumatlara əsasən, 2009-2010-ci tədris ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-2012-ci ildə 24 faizi, 2011-2012-ci ildə isə 10,5 faizi attestat almayıb. Heç kimə sirr deyil ki, həmin şagirdlərə attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricidir. ?Təhsil haqqında? qanun attestatın verilməsinin yekun qiymətləndirmənin ?qeyri-kafi? nəticələri ilə bağlı olmadığını göstərir. Attestat olsa da, olmasa da, qanunvericiliyə əsasən, orta məktəb məzununun tələbə olması ali məktəblərə qəbul imtahanlarındakı nəticələrindən asılıdır. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır?. Nazir deyib ki, təhsil sistemindəki bəzi problemlər qarşıda duran məsələlərin həllini çətinləşdirir: ?Təhsildəki neqativ hallar gənc nəslin sağlam yetişdirilməsinə mənfi təsir göstərir. Nazirlik əsas diqqətini təhsil sahəsindəki qanun pozuntularına şərait yaradan və onları doğuran səbəblərin aradan qaldırılmasına yönəltmək niyyətindədir. Bunun yeganə həll yolu problemlərin sistemli həll olunmasıdır. İlk növbədə, mövcud vəziyyəti doğuran səbəblər müəyyənləşdirilməlidir. Onların aradan qaldırılması üçün effektiv vasitələr tapılmalı və məqsədə uyğun kompleks tədbirlər hazırlanmalıdır?(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA