Ordumuzun polkovnikinin qolları doğranmız meyiti tapıldı

img

03-05-2013 [05:49]


Azərbaycan zabitinin qolları doğranılmış meyiti küçədə tapılıb. APA-nın məlumatına görə, hadisə Bakı şəhərində baş verib. Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən bu gün səhər polisə məlumat verilib. Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və axtarışlara başlanıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında itkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin meyiti tapılıb. Mərhumun meyiti ?Şəfa? stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib. Dərhal hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəlib. Meyit müayinə edilmək üçün ekspertizaya göndərilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M. Musayevin qətlə yetirilməsi də istisna edilmir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA