Rövnəq Abdullayevə qarzı "qiyam" oldu; Bakıda neftçilər tətilə bazladı

img

03-05-2013 [01:32]


Mayın 3-də ARDNŞ-in Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin 100 nəfərə qədər işçisi tətilə başlayıb. Tətil edənlər Bibiheybət NQÇİ-nin 4-cü mədəninin işçiləridir. Onlar əmək haqqının azlığına etiraz edirlər. İşçilər bunun xəbərdarlıq aksiyası olduğunu bildiriblər. Onlar əmək haqlarının artırılmayacağı təqdirdə tətilin başqa mədənlərə və bütövlükdə neft sənayəsinə yayılacağını deyiblər. ARDNŞ rəhbərliyindən nümayəndələr tətillə əlaqədar Bibiheybət NQÇİ-yə yollanıblar. Məlumat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından daxil olub(Azadliq.info) *** Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bibiheybət" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) heç bir tətil keçirilmir. Bunu ?Trend?ə ARDNŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev deyib. Qeyd edək ki, daha əvvəl bəzi KİV-in yaydığı məlumatda NQÇİ-də əməkhaqqından narazı olan 100-ə yaxın işçinin tətilə başladığı bildirilirdi. N. Quliyev deyib ki, idarədə 40 briqada işləyir. Bütün briqadalar iş yerindədir. Qeyd edək ki, bu gün səhər saatlarında NQÇİ-nin 8 əməkdaşı ötən aya görə əməkhaqqında fərqi aydınlaşdırmaq üçün idarəyə gəlib. İzahatdan sonra cavabdan razı qalan əməkdaşlar işi davam etdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA