Bakıda hərbçilər ağır yol qəzasına düzüb, ölən və yaralananlar var - Nazirlik təkzib etdi

img

02-05-2013 [04:45]


Bakıda hərbçilər ağır yol qəzasına düşüb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 1-də qeydə alınıb. Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "Chevrolet" markalı avtomaşını yolun kənarındakı qaz borusuna çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər - Aqil Hüseynov, miçman Vüqar Ağayev və kiçik miçman İsgəndər Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. **** Müdafiə Nazirliyinin Mətbuat Xidməti xüsusi açıqlama ilə çıxış edib. Açıqlamanın mətnində deyilir: "Bəzi informasiya agentliklərində ?Bakıda hərbçilər ağır yol qəzasına düşüb, ölən və yaralananlar var? başlıqlı informasiya verilib və qeyd olunur ki, iki miçman xəsarət alıb. Bununla bağlı bizə jurnalistlər tərəfindən çoxsaylı müraciətlər olunur. Bildiririk ki, nə bu hadisənin, nə də xəsarət alanların Müdafiə Nazirliyinə heç bir adiyyəti yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA