Həbs edilən elmi izçinin oğlu danızdı: ?Anam irana elmi izi ilə əlaqədar gedib?

img

02-05-2013 [01:11]


Aprelin 30-da Təbrizdə həbs edilən AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı yazar Xalidə Xalidin oğlu Xalid Məmmədli anasının İranda saxlanmasına aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyinə və Azərbaycanın Təbrizdəki konsulluğuna müraciət edib. X. Məmmədli APA-ya açıqlamasında bildirib ki, anasının həbsi barədə mətbuatda oxuyub: ?Hələlik Konsulluqdan bizə deyiblər ki, İran tərəfi rəsmi məlumat verməyib, araşdırma gedir. Anam Lənkərana gedib, biz əslən Lənkərandanıq. İşi ilə əlaqədar oradan İrana keçməyə nə var ki? Bir neçə saat vaxt aparır. O da elmi işi ilə bağlı məlumatlar toplamaq üçün İrana gedib. O elmi işini tamamlamaq üzrə idi?. X. Məmmədlinin sözlərinə görə, X. Xalid İrana keçəndən sonra aprelin 30-da ailəsi ilə əlaqə saxlayıb: ?Aprelin 30-da səhər mənə zəng elədi ki, narahat olma, Təbrizdəyik, qayıdırıq. Ondan sonra onun telefon nömrəsinə zəng çatmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA