Qafqaz Universiteti daha bir yeniliyə imza atdı

img

02-05-2013 [12:34]


Qafqaz Universiteti 01.05.2013 - cü il tarixində daha bir yeniliyə imza atdı.Beləki Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezident Məmməd Qurban oğlu Musayevlə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq razılaşması imzalandı. Əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)-nın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin Universitetdə istifadəsinə, Universitet müəllimlərinin və tələbələrinin ASK-nın fəaliyyətinə cəlb edilməsinə və ASK ilə Universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafının əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsindən ibarətdir.Əməkdaşlıq razılaşmasının imzalanmasından sonra Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd bəyi Universitetlə daha yaxından tanış etmək məqsədi ilə universitet daxilində gəzərək ətraflı məlumat verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA