Misir Mərdanov planlarını açıqladı

img

02-05-2013 [12:12]


Keçmiş Təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi AMEA-da ilk iclasını keçirib. Akademiyanın rəsmi saytında verilən xəbərə görə, iclası giriş sözü ilə açan RMİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib. O, çıxışında bildirib ki, institutun gələcək illər üçün inkişaf Proqramı hazırlanmalı və bu məqsədlə İşçi qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır. Bakı Dövlət Universitetinin ?Mexanika-riyaziyyat? və ?Tətbiqi Riyaziyyat və Kibernetika? fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söhbət açan professor perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd edib. M. Mərdanovr 29-31 may 2013-cü il tarixlərdə ?Riyaziyyat və informatikanın aktual problemləri? mövzusunda keçiriləcək Beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı məlumat verib. İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi və s. məsələlər də müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA