ilham Əliyev: ?Dolanızığınız necədir??; Sakinlər: ?Əla yazayırıq. Hər zeyimiz var?

img

02-05-2013 [10:55]


?Bilirəm ki, problemlər də vardır. O problemlər tədricən öz həllini tapır. Məktəblər tikilir, ancaq hələ də qəzalı vəziyyətdə olan məktəblər vardır və onlar da təmir olunmalıdır?. Mia.az ?Qafqazinfo?ya istinadən xəbər verir ki, bunu prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında çıxış edərkən deyib. İ. Əliyev bildirib ki, Dövlət Proqramına əlavə ediləcək ki, Qobustanın bütün infrastruktur və sosial məsələləri öz həllini tapsın: ?İşin gedişatı onu göstərir ki, biz buna nail olacağıq. Çünki ölkə üzrə hər bir yerdə, hər bir şəhərdə quruculuq-abadlıq işləri, böyük layihələr icra olunur. Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik. Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməmişdir. Çünki bizim çox düşünülmüş siyasətimiz vardır. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz vardır. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu?. [b]İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olan zaman burada sakinlərlə görüşüb:[/b] - Xoş gördük. Sizi salamlayıram. Yol çəkilibdir, rahatdır, yaxşı istifadə etmək olar. Yol olan yerdə inkişaf və rahatlıq da vardır. Bu, altı kəndi birləşdirən bir yoldur. Özü də yüksək keyfiyyətlə tikilmişdir. Azərbaycan dövləti insanların rahatlığı üçün nə lazımdırsa, onu da edir. [b]SAKİNLƏR:[/b] Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Sizə minnətdarıq. İlham ƏLİYEV: Əvvəlki yolun vəziyyətini siz hamıdan yaxşı bilirsiniz, gediş-gəliş çox çətin idi, əziyyət verirdi. Amma indi rayon mərkəzinə, Bakıya, digər şəhərlərə rahat gedib-gəlmək olar. Yol tikintisi Azərbaycanda sürətlə gedir. Əlbəttə ki, biz ilk növbədə əsas şəhərləri birləşdirən yolların tikintisi ilə məşğul olmuşuq. Bakı-Şamaxı yolu yenidən tikilmişdir, indi isə genişləndirilir, dördzolaqlı yol olacaqdır. Yəni, indi Bakı ilə Şamaxı arasında məsafə vaxt baxımından daha da qısalacaqdır. Çünki rahat getmək olacaqdır. Əlbəttə, magistral yolların təmiri və tikintisindən sonra biz kənd yollarının inşası ilə məşğul olmağa başlamışıq və bu yol da bunun gözəl nümunəsidir. [b]SAKİNLƏR:[/b] Gözəldir. Çox sağ olun, cənab Prezident. Sizə minnətdarıq. Allah Sizdən razı olsun, işinizi avand etsin. Sizə təşəkkür edirik, çox sağ olun. [b]İlham ƏLİYEV:[/b] Sağ olun. Qobustanda 30 yaşayış məntəqəsi vardır. Bu yol altı kəndi birləşdirir. Biz digər dağ kəndlərinə gedən yolları təmir edəcəyik ki, bütün camaat razı qalsın. Sizi bir daha təbrik edirəm. [b]SAKİNLƏR:[/b] Çox sağ olun. Allah sizə cansağlığı versin. Allah işinizi avand etsin. Həmişə Siz gələsiniz. [i]Xilmilli kəndinin sakinləri ilə də görüşən İlham Əliyev onların həyat şəraiti ilə maraqlanaraq soruşub:[/i] -Necə yaşayırsınız? [b] SAKİN: [/b] Əla yaşayırıq. Çox sağ olun. Bizi hər şeylə təmin edirsiniz. Hər şey əladır. Qazımız gəlir, işığımız var, suyumuz da hələlik yaxşıdır. [b]İlham ƏLİYEV:[/b] Daha da yaxşı olacaqdır. Yol çəkdirmişik, rahat gedib-gəlmək olar. Dolanışığınız necədir? [b] SAKİN[/b]: Lap yaxşıdır. Yaxşı dolanırıq. Hər şeyimiz vardır. Allah Sizdən razı olsun. Biz yaxşı yaşayırıq. [b]İlham ƏLİYEV[/b]: Yerli hakimiyyət sizə necə baxır? SAKİN: Lap yaxşı baxır. Cənab Prezident, Allah canınızı sağ eləsin, Sizə uzun ömür versin. Təkcə problem yolumuz idi. Yolumuzu, qazımızı çəkdirmisiniz. [b] İlham ƏLİYEV[/b]: Hər yerdə, hər bir kənddə hər şey olmalıdır. Əsas yol idi. İndi gözəl yolunuz vardır, magistrala oxşayır. [b] SAKİN:[/b] Bəli, çox yaxşıdır. Çox sağ olun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA