"Texnikabank"ın rəhbəri fəlsəfə doktoru oldu

img

01-05-2013 [05:46]


Bankilər elmə gəlməkdə davam edir. Belə ki, iki gün öncə "Texniquebank"ın idarə heyətinin rəhbəri Ülvi Mansurov dissertasiya medafiə edib. MİA.az-ın məlumatına görə, Mansurov Ülvi Eldar oğlu 29 aprel 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasının iclasında ?Azərbaycanın aqrar sektorunda investisiya layihələrinin kreditləşdirilməsi və səmərəliliyi problemləri? mövzusunda dissertasiya müdafiə edib. Xatırladaq ki, Ülvi Mansurov tanınmış bəstəkar Eldar Mansurovun oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA