UNDEF-in dəstəyi ilə regionlarda seçkilər mövzusunda təlimlər oldu

img

01-05-2013 [05:27]


aprel ayı ərzidə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu (BMT DF - The United Nations Democracy Fund - UNDEF) tərəfindən dəstəklənərək Azərbaycan Gənclər İttifaqı tərəfindən icra edilən ?Azərbaycanda demokratik təşəbbüslərə dəstək? layihəsi çərçivəsində respublikanın 5 regionu (Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Quba) üzrə tərəfdaş təşkilatların üzvləri, könüllüləri və həmin regionda yaşayan gəncləri arasında nəzərdə tutulan ?Qeyri-Hökumət Təşkilatları: Effektiv idarəetmə? mövzusu üzrə təlimlər təşkil edildi. Təlimin məqsədi qarşıdan gələn seçkilərində xüsusi ilə qadın və gənc seçicilər arasında iştirakı artırmaq üçün fəaliyyətlərdə regionlardakı tərəfdaş təşkilatların institutsional bacarıqlarının artırılmasına nail olmaq idi. Qeyd edək ki, ?Azərbaycanda demokratik təşəbbüslərə dəstək? layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən 2013-cü ilin yanvar ayından etibarən icra edilməyə başlayıb. Layihənin məqsədi qadın və gənclərin (xüsusi ilə ilk dəfə səs verən) seçkilərdə iştirakçılığının artırılması, eləcə də, bu kateqoriyadan olan vətəndaşların yerli özünüidarəetmə strukturları olaraq bələdiyyə qurumlarında təmsil olunma səviyyəsini, sayını və keyfiyyətini artırmaqdan ibarətdir. Azərbaycan Gənclər İttifaqı layihə çərçivəsində yerli icraçı tərəfdaş QHT-lər (Gəncə üzrə ?Gələcəyə Körpü? Gənclər İctimai Birliyi; Mingəçevir üzrə Gənclər üçün Təhsil Mərkəzi; Şəki üzrə ?Yaddaş? Maarifçi Gənclər İctimai Birliyi; Lənkəran üzrə ?Maarifpərvərlik? Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası; Quba üzrə ?Qadın və Gənc Ailələrin Sosial İnkişafı? İctimai Birliyi) ilə birgə qadın və gənclərə xüsusi diqqət ayırmaqla vətəndaşlara seçici təhsili istiqamətində müxtəlif fəaliyyətlər təklif edir. Layihənin əsas hədəfi olaraq sonda Azərbaycanın 5 iri regionunda gənclərin və qadınların seçki prosesində iştirakçılığı artırmaq, onlar arasında bələdiyyələrdə təmsil olmaq üçün namizədlərin sayı çoxaltmaq, əhalinin seçki məlumatlığı yüksələtmək nəzərdə tutulub. Eyni zamanda bu istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin regionlararası şəbəkələşməsi və əməkdaşlıq səviyyəsi yüksələcək, bu sahədə bilik və bacarıq imkanları gücləndirilməsi planlaşdırılır. Sözügedən layihənin 2014-cü ilin dekabrında başa çatması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA