AMEA-nın izçisi iranda həbs edildi; Müavin olaydan danızdı- YENiLƏNiB

img

01-05-2013 [03:34]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib. APA-nın ?Oyannews?a istinadən məlumatına görə, X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin yardımçısı, adının isə Şamax olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil. Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar ? Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır. *** "Xalidə Xalid aprelin 26-da institutdan özbaşına, heç bir razılıq olmadan, ezamiyyət verilmədən gedib". Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı bildirib: "Bundan sonra ondan xəbər olmayıb. Şöbə müdiri elə bilib ki, o, xəstədir. Lakin məlum olub ki, işdən icazə almadan İrana gedib". Qasımlı əlavə edib ki, Xalidə Xalid Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin kiçik elmi işçisidir və heç bir elmi dərəcəsi yoxdur: "Onu ciddi Şəhriyarşünas kimi kim qəbul edib ki? Düşünürəm ki, onun elə bir ciddi elmi fəaliyyəti yoxdur". İnstitut rəsmisi Xalidə Xalidin fəaliyyətində ETTELAT üçün şübhəli görünən hər hansı məqamın olmasına şübhə etdiyini də deyib: "Bu məsələ aydınlaşacaq. O, institutda adi bir elmi işçi olub. O, İrana instituta heç bir məlumat vermədən gedib". O bu məsələnin Xarici İşlər Nazirliyi tərəfindən araşdırılacağına ümid etdiyini də söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA