Milli Ordunun əsgəri yaralandı

img

01-05-2013 [02:46]


Azərbaycan Ordusunda insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Tərtərdə yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Vüsal Rövşən oğlu Cəbiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. V. Cəbiyev Bakının Nizami rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA