Gülər Əhmədovanın yerinə namizəd tapılıb; Direktor icra Hakimiyyətinə çağırılıb

img

01-05-2013 [12:54]


Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən millət vəkili seçilməsi üçün 1 milyon dollar rüşvət almaqda ittiham olunan və millət vəkilliyindən məhrum edilərək həbs olunan Gülər Əhmədovanın Milli Məclisdəki kreslosu yaxın zamanlarda tutulacaq. Sızdırılan məlumatda iddia edilir ki, G.Əhmədovanın yerinə 34 saylı Xətai seçki dairəsindən bu rayonun 245 saylı orta məktəbinin direktoru Məcidova Vüsalə Mirhəsən qızı seçiləcək. Mia.az xəbər verir ki, Veteninfo.az-ın iddiasına görə, bu yaxınlarda Xətai rayon İcra Hakimiyyətinə çağırılan Vüsalə Məcidovaya 34 saylı seçki dairəsindən namizədliyinin irəli sürüləcəyi bildirilib və ona hazırlıqlara başlamaq tapşırığı verilib. Bu xəbərin nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilməsək də, onu qeyd edə bilərik ki, 34 saylı Xətai seçki dairəsində yaxın müddətdə seçkinin keçirilməsi ilə bağlı qərar verilə bilər və həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın yerinə millət vəkili kreslosuna başqa şəxs seçiləcək. Bu şəxsin Vüsalə Mirhəsən qızı Məcidova və ya başqası olacağını demək çətindir. Amma iddialara görə, İcra Hakimiyyətindən qayıtdıqdan sonra V.Məcidovanın yaxınları bu məsələ ilə bağlı şadyanalıq keçiriblər. 245 saylı orta məktəbə zəng edərək V.Məcidovanın özü ilə əlaqə saxlamaq istədik. Amma dəstəyi qaldıran xanım V.Məcidovanın hazırda iclasda olduğunu bildirdi. V.Məcidovanın da məsələ ilə bağlı mövqeyini dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA