Bakı metrosunda qatar yandı

img

01-05-2013 [12:31]


;n səhər saat 10.10 radələrində Bakı Metropolitenin ?İnşaatçılar? stansiyasında qatarda yanğın baş verib. SalamNews-un məlumatına görə, metronun ?Azadlıq? stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarın ?İnşaatçılar? stansiyasında axırıncı vaqonunda tüstülənmə yaranıb. Bu barədə təcili olaraq metropoliten əməkdaşları məlumatlandırılıblar. Dərhal qatarlardakı sərnişinlər evakuasiya olunublar. Bununla bərabər, stansiyaya giriş bağlanılıb. Bu zaman insanlar təşvişə düşüblər. Qatar təcili olaraq depoya göndərilib. Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, ilkin ehtimala görə, problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olub. Sərnişinlər düşürüldükdən sonra qatar depoya göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA