Deputatın köməkçisi dələduzluq edib; Baz Prokurorluq əməliyyat keçirdi- Yenilənib

img

01-05-2013 [12:16]


15 saylı Yasamal birinci seçki dairəsindən olan deputat Etibar Hüseynovun köməkçisi Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Mia.az xəbər verir ki, bu barədə Moderator.az-a deputata yaxın mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar amma bu vədinə əməl etməyib. Mənbəmiz onu da bildirib ki, İlqar Etibar Hüseynovun deputatlığa namizəd olan zaman seçki qərargahında rəhbərlik edib. Onun imzatoplama kampaniyasından tutmuş, Talıblı küçəsində yaşayan seçicilərlə keçirilən görüşlərində təşkilatçı olub. Etibar Hüseynov deputat olandan sonra isə İlqar özü üçün ?Mersedes? markalı avtomobil alıb. İlqarın yaşadığı məhəllənin sakinləri bu maşının İlqara xidmətlərinin müqabilində deputat tərəfindən hədiyyə olunduğunu deyib. Mənbəmiz İlqarın həbsinin bir neçə ay əvvəl baş verdiyini deyərək, deputatın bu işin ictimailəşməməyi üçün əlindən gələni etdiyini də bildirib. İlqarın ailəsi Moderator.az-a onun həbsini təsdiqləsə də amma əlavə məlumat verməkdən imtina ediblər. *** ?Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam?. Bunu ?Qafqazinfo?ya açıqlamasında millət vəkili Etibar Hüseynov İlqar adlı köməkçisinin həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, onu İlqar adlı köməkçisi olmayıb: ?Seçki kampaniyası ərəfəsində deputatların ətrafında 100-ə yaxın nümayəndə olur. Onlar da seçki vaxtı fəaliyyət göstərirlər və proses bitdikdən sonra həmin şəxslərin gördüyü işlərə görə deputat məsuliyyət daşımır?. E. Hüseynov söyləyib ki, heç kəs cinayət törətməkdən sığortalanmayıb: ?Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam. Hər kəs qanun qarşısında bərabərdir?. Deputat onu da əlavə edib ki, yaxın günlərdə yayımlanan ?Sitatın sonu? verilişindən sonra bu cür çirkin kampaniyalar başlanıb: ?Mən elə proqram yayımlanmağa başlayanda demişdim ki, mənə qarşı şər-böhtan xarakterli kampaniyalar olacaq. Elə bu olay da kampaniyanın başlanğıcıdır?. Xatırladaq ki, məlumatda qeyd olunur ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib. *** Bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin üzvü, deputat Etibar Hüseynovun köməkçisinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil. Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinn rəhbəri Eldar Sultanov bildirib. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da Trend-ə bildirib ki, deputat Etibar Hüseynovun İlqar adda köməkçisi yoxdur: "Millət vəkili Etibar Hüseynovun köməkçisi Heydər Nuruşovdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA