MTN-nin sabiq rəhbəri və keçmiz səfirin adı böyrək alqı-satqısında hallandı - ittiham

img

01-05-2013 [10:19]


?Namiq Abbasov Özbəkistanda səfir olan vaxt şəxsən ona üç dəfə müraciət etmişəm. Heç bir cavab almamışam. Sonda Mehriban xanıma müraciət etdim. Müraciətimi oradan Bərdə Rayon Prokurorluğuna göndərdilər. Məni ora çağırıb hadisənin rayonda yox, Bakıda baş verdiyi haqda mənə məlumat verib başlarından etdilər?. Bu sözləri ?Yeni Müsavat?a göndərdiyi məktubda Bərdə rayon sakini Hacıyev Hacıbaba Zakir oğlu yazıb. Məktub müəllifi yazır ki, 2002-ci ildə MTN naziri Namiq Abbasovun qardaşı Rəfael Abbasov və onun həyat yoldaşı İradə xanım onu aldadaraq İrana aparıblar. Orada onun böyrəyinin birini alıblar: ?Düzdür, mən özüm də buna razı idim. Amma bizim danışığımız belə oldu ki, mən onlara öz böyrəyimi verməli idim. Onlar da əvəzində mənə 3 min dollar, iş və pensiya ilə təmin etməliydilər. Amma onlar mənə təkcə pul verdilər, nə iş, nə də pensiya oldu. Mən kasıbçılığım üçün öz böyrəyimi satdım ki, heç olmasa işim və pensiyam olacaq. Böyrəyin qiymətini elə bir insan olmaz ki, bilməsin. Amma onlar məni aldadıb 3 min dollarla hər şeyə nöqtə qoydular. Müqavilə də bağlamadılar. Mənim də qanundan heç bir anlayışım olmadığı üçün müqavilə bağlamağın vacib olduğunu bilmirdim. O vaxtdan bəri mənim aldadılmağım barədə yazıb xəbər vermədiyim orqan qalmayıb. MTN, XİN, ombudsmana müraciət etdim, nəticə olmadı". Şikayətçi sonda prezidentə məktub yazaraq ondan kömək istəyib: ?Məktubum oradan Bərdə Rayon İcra Hakimiyyətinə göndərildi. Məni çağırıb ?sənə kömək edə bilmərik dedilər. Bu işlərə biz baxmırıq" dedilər. 2 uşaq atasıyam, çox ağır vəziyyətdə yaşayıram. Yarıcan vəziyyətdəyəm, işsizəm, dolana bilmirəm, insan nə qədər ailəsinin, uşaqlarının yanında xəcalət çəkər?"(musavat.com). Xatırladaq ki, sabiq MTN şefi və səfirin adıçəkilən qardaşı artıq dünyasını dəyişib. Bəzi iddialara görə, Namiq Abbasov MTN-dən çıxarılandan sonra qardaşı Rəfael Abbasov ciddi təzyiqlərlə üzləşib. Onu əsasən keçmiş Bakı univermağının ətrafinda xeyli obyekti qanunsuz yollarla özəlləşdirməkdə də ittiham edənlər olub. Bu və ya digər ittihamlarla bağlı Mia.az qarşı tərəfin mövqeyini yaymağa hazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA