V-XI sinif zagirdlərinin nəzərinə, monitorinq imtahanlarının vaxtı açıqlandı

img

30-04-2013 [11:17]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir. TQDK-dan verilən məlumata görə, ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri bu gün riyaziyyatdan, mayın 1-də isə fizika fənnindən, V sinif şagirdləri isə riyaziyyat fənnindən, rus bölməsinin V sinif şagirdləri isə mayın 1-də rus dili fənnindən imtahan verəcəklər. Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında imtahanlar 6, 7 və 8 may tarixlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA