Sabah havanın temperaturu yüksəlir - 30 dərəcə

img

29-04-2013 [03:22]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz: Aprelin 30-dan mayın 03-dək Aberon yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA