Naxçıvanlıların davasında hansı nazir və nazirliyin adları hallanır? - Təfərrüat

img

29-04-2013 [11:59]


Heydər Əliyev adına hava limanında baş verən kütləvi davanın təfərrüatları məlum olub. AzNews.az-a daxil olan məlumata görə, yaralanan şəxs 1985-ci il təvəllüdlü, Babək rayonunun Nehrəm kəndindən olan Ələkbərov Yunis Əsgər oğludur. Y.Ələkbərov Dövlət Əmək Müfəttişliyində müfəttiş işləyir. Onu vuran şəxs isə Naxçıvanda dünyaya gələn, 1984-cü il təvəllüdlü Emin Bağırovdur. E. Bağırovun 20 Yanvar metrostansiyanın yaxınlığındakı ?Velotrek? ticarət mərkəzində mühafizəçi işlədiyi bildirilir. Hadisə zamanı E. Bağırov nehrəmliləri təhqir etməklə bərabər, Daxili işlər naziri Ramil Usubovun da adından istifadəyə çalışıb. Şahidlərin dediyinə görə, o, dava zamanı nazirin adamı olduğunu bildirərək R.Usubovun mühafizəçilərinin adlarını sadalayıb. Davanın böyüdüyünü gördükdə isə hava limanının mühafizə xidmətində işləyən, əslən İsmayıllı rayonundan olan qayını Emil Seyidovu çağırıb. E.Seyidov yeznəsinə kömək etmək məqsədilə aeroportun mühafizə xidmətinin əməkdaşlarını çağırıb və dava daha da böyüyüb. Bundan sonra həyəcan siqnalı verilib və həbslər başlayıb. Qeyd edək ki, yaralanan Ələkbərov Yunis 3 saylı şəhər xəstəxanasında müalicə olunur. Xatırladaq ki, dünən gecə AzNews.az Heydər Əliyev Beynəlxalq Aeroportunda kütləvi dava haqqında məlumat yaymışdı. Naxçıvan aviareysində nehrəmlilərlə şərurlular arasında yaşanıb. Şərurlu və nehrəmlilər arasında baş verən dava Naxçıvan terminalında daha da böyüyüb. Nəticədə bir nəfər yaralanıb, çox sayda dava iştirakçısı həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA