icra bazçısına qarzı aksiya keçirmək istəyənlər saxlanıldı

img

29-04-2013 [11:35]


Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə aksiya keçirmək istəyənlərdən ikisi saxlanılıb. Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Müsavat Partiyası Cəbrayıl rayon təşkilatından verilən məlumata görə, təşkilat məmur özbaşınalıqlarına qarşı aksiya keçirmək üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin bir müddət əvvəl sərsəm bəyanatı ilə gündəmdə olan İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bu günə təyin olunan aksiyanın keçirilməsinə icazə verməyib. Bu gün səhər - aksiyanın başlanmasına 15 dəqiqə qalmış Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının fəalı Vahid Əhmədli və bitərəf Yaqub Ağayev saxlanılıblar. Onlar hazırda Cəbrayıl rayon Polis İdarəsindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA