?Yeni bir dünyanın astanasında? mövzusunda seminar

img

29-04-2013 [10:42]


3 tarixində ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin ofisində İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Sosiologiya kafedrasının professoru Hayati Tüfekçioğlunun və birliyin gənc tədqiqatçılarının iştirakı ilə ?Yeni bir dünyanın astanasında? mövzusunda seminar keçirilib. Tədbirdə Professor Hayati Tüfekçioğlunun məruzəsində qloballaşan dünyada texnika və texnologiyanın inkişaf sürətindən, həmçinin bu surətin gələcək həyatımızda hansı sosial dəyişikliklərə səbəb olacağı haqqında fikirlərini İctimai Birliyin üzvlərinə çatdırmışdır. Tədbirdə iştirak edən Sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlı müasir dövrdə bu mövzunun aktuallığından söz açaraq Azərbaycan elminin inkişafında bu növ seminarların cəmiyyətimizin aydınlanması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Professor Hayati Tüfekçioğlu gənc tədqiqatçılara istiqamət verərək, texnoloji biliyin artırılmasına xüsusi diqqət yetirilməsini tövsiyə etmişdir. Tədbirin sonunda Professor Hayati Tüfekçioğluna ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyi adından xatirə plaketi təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA