Mühacir qardazlar qalmaqallı iz adamları ilə yenidən məhkəmədə üz-üzə gəlir

img

29-04-2013 [10:20]


Hazırda Türkiyədə ?sürgün? həyatı yaşayan tanınmış iş adamları - ?Bakelektroştamp? və ?Bakızoladtökmə? ASC-nin keçmiş sahibləri Nürəddin və Loğman Zülfüqarlı qardaşları, daha dəqiqi qardaşlardan biri, Loğman Zülfüqarlı ilə adı hazırda ölkə mətbuatının gündəmindən düşməyən Rasim Hikmət oğlu Məmmədovun məhkəmə çəkişməsi yeni müstəvidə start verilib. Bu barədə mia.az daxil olan məlumatda bildirilir ki, Loğman Zülfüqarlı Rasim Məmmədovun zavodlarını qanunsuz yollarla ələ keçirib, əmlaklarına qanunsuz sahiblənməklə bərabər, həm də həmin şəxs tərəfindən mənəvi zərbələr də aldığını iddia ərizəsində qeyd edib: ?Zülfüqarlı məhkəmədən tələb edir ki, Rasim Məmmədov tərəfindən ona vurulan maddi və mənəvi zərərin əvəzi olaraq pul ödənilməklə yanaşı, cavabdehin həm də əmlak komplekslərindən çıxarılması və gələcəkdə bu cür hərəkətlərin qadağan edilməsinə dair qətnamə çıxarılsın. Təbii ki, ilkin iddia ərizəsinin təqdim edildiyi Yasamal Rayon Məhkəməsi hazırda biznes dairələrində kifayət qədər arxalı bir iş adamı statusuna yetişmiş Rasim Məmmədova qarşı belə bir iddiaları təmin etməyib. Yasamal Rayon Məhkəməsi Loğman Zülfüqarlının bu iddiasını rədd etsə də, o, geri çəkilməyib və qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlov rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bu isə Zülfüqarlının Ali Məhkəməyə şikayət etməsinə rəvac verib?. Məlumatda bildirilir ki, Ali Məhkəmə Loğman Zülfüqarlının şikayətini təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırda bu iş yenidən Bakı Apellyasiya Məhkəməsində araşdırılır: "Bu həftə şikayət üzrə prosesə start veriləcək". Məlumata görə, Loğman Zülfüqarlının Ali Məhkəmədən geri qaytarılan şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılır: ?Hakim Aygün Abdullyaeva Loğman Zülfüqarlının Rasim Məmmədova qarşı şikayəti zrə mayın 1-nə iclas saatı təyin edib?. Yazıda adları çəkilən iş adamlarının münasibətini öyrənmək mümkün olmayıb. Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA