icra bazçısı süpürgəçini izdən qovdurdu, özünü isə polisə verdi

img

27-04-2013 [07:08]


İmişlidə icra başçısı Vilyam Hacıyevlə bağlı daha bir qalmaqal baş verib. Belə ki, bir neçə gün əvvəl icra başçısının keçirilən son qəbulunda rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərindən biri Vilyam Hacıyevdən kömək istəyib. Bu barədə mia.az-ı məlumatlandıran İcra Hakimiyyətinə yaxın məlumatlı şəxsin sözlərinə görə, qəbula gələn xanımın sözləri icra başçısı tərəfindən qəzəblə qarşılanıb: ?Başçı ?Komxoz?un qadın əməkdaşından soruşdu ki, sən də bir neçə ay əvvəl mitinqə çıxan işçilərdənsən? Yazıq qadın ?yox? desə də, icra başçısı ona qışqırdı. Bundan sonra o da başçıya cavab qaytardı. Bu qarşılıqlı söz atışmasından sonra Vilyam Hacıyev polisə göstəriş verdi ki, onu aparın. Mənim bildiyimə görə, bundan sonra bir neçə nəfərin iştirakı ilə akt tərtib olunub. Qadını nizam-intizamı pozmaqda ittiham edərək cərimələtdirmək istəyirlər?. Həmin qadının həyat yoldaşının 1-ci qrup əlil olduğunu deyən müsahibimizin sözlərinə görə, hadisənin baş verdiyi günü onu ?Komxoz?dakı işindən də azad ediblər: ?Bildiyimə görə, polisdə araşdırma bitib, iş mülki xarakterli olması səbəbindən məhkəməyə göndərilib?. ?Komxoz?da daha bir qalmaqalın olduğunu da deyən müsahibimiz ?bu haqda sizə daha ətraflı dəqiqləşdirilmiş məlumatları verəcəyəm?, - deyə, bildirib. Qarşı tərəflərin mövqeyini dinləməyə və yaymağa hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA