Ramil Usubovdan yeni təyinat; Natiq Qasımov polis rəisi göndərildi

img

27-04-2013 [11:56]


Daxili İşlər naziri Rmil Usubov yeni əmr imzalayıb. Nazirin əmri ilə Kürdəmir rayonuna yeni polis rəisi təyin edilib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub. 4-cü Polis Bölməsinə isə hələlik təyinat yoxdur. Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi, polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad ediliblər. APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA