?ilham Əliyevdən bazqa namizədimiz yoxdur? - YAP

img

26-04-2013 [06:53]


Prezident seçkisinə artıq bir neçə ay qalıb. Bir çox partiya seçkidə iştirak etmək üçün israrlı olduqlarını bəyan edib. Maraqlıdır ki, həmin partiya sədrləri öz namizədliklərini irəli sürürlər. Hakim Yeni Azərbaycan Partiyası isə öz namizədlərinin hazırkı prezident İlham Əliyev olacağını qəti şəkildə bildirir. Məsələnin anlaşılmayan cəhəti isə odur ki, İlham Əliyev öz namizədliyi ilə bağlı hələlik heç bir qərar açıqlamayıb. Əgər prezident İlham Əliyev öz namizədliyini irəli sürməsə, YAP-ın alternativ namizədi kim ola bilər? Bu barədə Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, YAP-ın yeganə namizədi prezident İlham Əliyev olacaq. ?Prezident İlham Əliyevin namizədliyi YAP tərəfindən irəli sürüləcək. Bu məsələ YAP-ın qurultayında da öz təsdiqini tapacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA