Uzaq bağçasında ?yol terroru?na qarzı mübarizə aparıldı

img

26-04-2013 [12:20]


Aprelin 25-də ?Buta? körpələr evinin və 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin yol hərəkətində təhlükəsizlik mövzusunda keçirdiyi tədbirdə uşaqlar sözün əsl mənasında məharət göstərdilər. Onların yol hərəkəti mövzusunda bilikləri böyüklərin belə dərin təəcübünə səbəb oldu. Bu maraqlı ideya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, BMT-nin Bakı ofisinin və ?Jurnalistika və İnkişaf Mərkəzi? İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. Layihəyə Azərbayccan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ayırıb. Tədbirdə çıxış edən BMT-nin Bakı ofisinin əməkdaşı Envera Səlimoviç bildirdi ki, yol hərəkəti ilə bağlı maarifləndirməyə ehtiyac böyükdür. ?Buta? körpələr evinin direktoru Günay Ağamalı əlavə etdi ki, Daxili İşlər Nazirliyinin keçirdiyi ?Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq? təhlükəsizlik aylığına dəstək verməkdə məqsəd uşaqların yol hərəkəti ilə bağlı ilkin biliklərə yiyələnməsini təmin etməkdir: ?Sevıindirici haldır ki, uşaqlar yol hərəkəti ilə bağlı biliklərə üç dilə ?Azərbaycan, rus və ingilis dillərində yiyələniblər. Düşünürük ki, yol hərəkəti ilə bağlı biliklərə kiçik yaşlarından yiyələnmək gələcəkdə müsbət nəticə verəcək?. 14 il öncə tək övladını yol qəzasında itirən Fəridə Süleymanova təəssüf hissi ilə vurğuladı ki, əvvəllər uşaqların yol hərəkəti mövzusunda maarifləndirilməsinə ötəri baxırdılar. Bu cür təşəbbüslər reallaşsa, övladlarımızı yol qəzalarından hifz etmək daha asan olar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bu cür tədbirlərdə qazanılan vərdişlərin gələcəkdə uşaqlara faydalı olacağbını söylədi. Onun sözlərinə görə, uşaqların kiçik yaşlardan yol hərəkəti haqqında bilik və vərdişlərə yiyələnməsi onların gələcəkdə sağlam mühitin sakininə çevrilməsinə zəmin yaradacaq. Sonda qeyd edildi ki, ?Buta? uşaq bağçısının balaca sakinləri bu tədbirə həvəslə hazırlaşdıqları üçün onlara simvolik sürücülük vəsiqəsi verilir. Bu da kiçik iştirakçıları həvəsləndirmək məqsədi daşıyır.#601;k#252;nay A#601;si onlar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA