Azərbaycanda daha bir körpə ölümü

img

26-04-2013 [12:17]


Ağdaş Mərkəzi rayon Xəstəxanasında daha bir ölüm faktı qeydə alınıb. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən məlumat verilib. Xəstəxanada ölən uşağın 7 aylıq körpə Bayram Qasımov olduğu bildirilib. Ağdaşın Aşağı Ləki kənd sakini Bəhruz Qasımov həyat yoldaşı ilə birgə ağzında quruma yaranan körpəni müayinə etdirmək üçün Ağdaş Mərkəzi rayon Xəstəxanasına aparıblar. Bəhruz Qasımov APA-ya bildirib ki, xəstəxananın pediatrı Nüşabə Kazımova körpənin ağzında baş verən quruma halının qarşısını almaq üçün 6 ampula dərmanı bir-birinə qarışdıraraq uşağın qoluna vurub və bundan dərhal sonra uşaq dünyasını dəyişib. Xəstəxananın baş həkimi Nuru Nuriyev APA-ya bu hadisənin baş verdiyini təsdiqləyib. Baş həkim uşaq ölümü faktının səbəbini hələ ki, bilmədiyini, xəstəxana rəhbərliyi tərəfindən araşdırma aparılacağını deyib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, 10 gün öncə Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində ana və bətnindəki uşaq ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA