Ramil Usubovun izdən çıxarılması xəbərinə DiN-dən reaksiya verildi

img

25-04-2013 [06:27]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun vəifəsindən uzaqlaşdılması xəbəri yayıldı. Bir neçə xəbər portalında və sosial şəbəkələrdə bu barədə xəbərlər dolaşır. Nazirin vəzifədən uzaqlaşdırılmasını onu yaşı ilə əlaqləndirən xəbər saytları da var. Xəbəri dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin şöbə müdiri Orxan Mansurzadə ?Bizimyol.info? saytına bildirib ki, Ramil Usubov iş başındadır: ?Nazirin işdən çıxarılması ilə bağlı məlumat dezinformasiyadır. Kimlərsə məqsədli şəkildə həqiqətə uyğun olmayan məlumat yaymaqla məşğuldur. Heç şübhəniz olmasın ki, Ramil Usubov hazırda işinin başındadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA