ismayıl Ömərovun müavinləri də izdən azad olundular

img

25-04-2013 [02:10]


Aprelin 25-də İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir: Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini; Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini; Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru; İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru. Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Bu postu Cəmil Quliyev tutub. Həmin günədək o, ?Mədəniyyət? kanalının direktoru olub. 2005-ci ildə yaradılmış İctimai Televiziya Radio Yayımları Şirkətinin bundan əvvəlki baş direktoru İsmayıl Ömərov idi. mediaforum

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA