Misir Mərdanov bağında dincəlir; Sabiq nazir indidən gileylənir

img

25-04-2013 [11:13]


?Azərbaycandan heç yerə getməmişəm və belə bir fikrim yoxdur. Hazırda bağda istirahət edirəm. Bir neçə gündən sonra mətbuata yeni vəzifəmlə bağlı məlumat verəcəyəm?. Bunu vəzifəsindən çıxarıldıqdan sonra ölkəni tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən keçmiş təhsil naziri Misir Mərdanov deyib. Mia.az Aznews.az-a istinadən xəbər verir ki, sabiq nazir adının AMEA Rəyasət Heyətinə namizədlər sırasında olmadığını da bildirib. Yeni vəzifəsini də açıqlamağın hələ zamanı çatmadığını deyən M.Mərdanov mətbuatın son günlər onun barəsində bəzi dəqiqləşdirilməyən informasiyalar yazmasından da gileylənib. Qeyd edək ki, keçmiş təhsil nazirinin AMEA Riyaziyyat İnstitutunun direktoru vəzifəsinə gətiriləcəyi barədə məlumatlar yayılıb. Bu institutdan deyilib ki, prezident belə bir qərar verəcəyi halda onların bu barədə hər hansı etirazı ola bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA