Gömrük Komitəsində kompromat savazı: Kəmaləddin Heydərovun dostunu vururlar

img

25-04-2013 [10:49]


[/center] Məlumatlı şəxs deyir ki, Vüsal Novruzov təxminən 10 gün əvvəl karyerasını və azadlığını bitirəcək çox böyük səhvə yol verib. O, ?çətiri altında? olduğu Kəmaləddin Heydərovun ən yaxın və etibarlı bir dostu haqqında kompromat tipli bir xəbəri KİV-ə sızdırıb. [center][lib]vusal-novruzov-gomruk.jpg[/lib][/center] Məlumatlı şəxs həmin informasiyanın nədən ibarət olmasını israr etsək də, hələ ki açmaq niyyətində olmadığını deyir: ?Amma əmin ola bilərsiniz ki, bu faktdır. Vüsal Novruzovun belə bir səhvə yol verməsinin də məqsədi var. Çünki Kəmaləddin Heydərovun Gömrük Komitəsində işləyən həmin etibarlı və 15 ildən çoxdur dostuq etdiyi həmin vəzifəli şəxs Vüsal Novruzovdan bir neçə addım öndədir. Vüsal Novruzov isə çəkinir ki, komitə sədri postuna gətirilmək məsələsi gündəmə gələrsə, seçim onun üzərində ola bilər. Məhz bu iddia də onu Kəmaləddin Heydərova və onun dostun qarşı ?işləmək? sevdasına məcbur edib. Düşünürəm ki, bundan başqa səbəb ola bilməz. Çünki həmin adam Vüsal Novruzovun tabeliyində işləyən və ya onun ?qara mühasibatlığı?na problem yaradan adam deyil. Zatən, o, nə rəsmi, nə də qeyri-rəsmi bunu etmək səlahiyyətində olan şəxs də deyil. Sadəcə Gömrük sistemində nüfuzlu şəxs olmaqla yanaşı, həmin adam Kəmaləddin Heydərovun ən inandığı vəzifəli şəxsdir. Vüsal Novruzov isə Bakı Baş Gömrük İdarəsinin rəisi olsa da, onun işi ?kassirlik?dən o yana keçmir. Lakin görünür, ?qara yolla? qazandığı milyonlar onda xəyali hislər yaradıb?. [center][lib]2010/kemaleddin-heyderov.jpg[/lib][/center] Məlumatla bağlı Vüsal Novruzovdan münasibət öyrənmək mümkün olmayıb. Amma bu istiqamətdə cəhdlərimiz zamanı daha bir maraqlı fakt əldə etdik. Bəlli oldu ki, Novruzovun nazirliklərin birində işləyən atası rüşvətə və korrupsiyaya etiraz əlaməti olaraq hələ illər əvvəl yüksək vəzifəsindən ?diplomatik? şəkildə imtina dib. Bu və ya digər məlumatlarla bağlı dəqiqləşdirmələrimiz davam edir. Qarşı tərəfin münasibətini dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA