Elmar Vəliyevə 6 ay vaxt verilib; icra bazçısı baz nazirin müavini gətirilə bilər

img

23-04-2013 [05:39]


Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə 6 ay vaxt verilib. O, fevral ayında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfransda danlanmaqla karyerasını xilas etməyib, ona qeyd edilən müddətdə qarşısında qoyulan vacib məsələləri həll etmək tapşırılıb. Əgər göstərilən müddətdə Elmar Vəliyev şəhər ictimaiyyəti, xüsusiylə məmurlar, elm adamları və bu kateqoriyadan olan nüfuzlu şəxslərlə arasında yaranmış gərginliyi aradan tam qaldırmasa, ənənəvi davranışlarından əl çəkməsə, ən əsası isə təmir-tikinti, abadlıq işlərinə paralel olaraq şəhərdə yeni iş yerlərinin açılmasını sürətləndirməsə, vəzifəsi ilə vidalaşmalı olacaqdır. Mia.az-a daxil olan məlumata görə, başçıya verilən bu qəti tapşırıq və xəbərdarlıqlar öz bəhrəsini hələ ki verməkdədir: ?Elmar Vəliyev artıq qaba davranışlarından əl çəkib. Artıq o, əvvəlki kimi qarşısındakı adamla təhqirlə danışmır. Tez-tez şəhər ictimaiyyəti və məmurlarla görüşərək, xoş davranmağa çalışır. Buna paralel olaraq, şəhərdə iş yerlərinin açılması üçün çabalarını davam etdirir. Elə Gəncədə Avropada ən böyük istehsal müəssisələrdən birinin tikilməsi haqda apardığı təbliğatlar da buradan qaynaqlanır. Dogrudur, onun başqa planı da var?. Müsahibimiz deyir ki, Gəncənin başçısı Elmar Vəliyev bu ilin I rübünün yekunlarına həsr edilən tədbirdə də şəhər fəalları ilə ?qaynaşmağa? çalışıb: ?O, həmin tədbirdə Gəncənin sənaye şöhrətini geri qaytaracaqlarını bəyan edərək, Azərbaycanda kabel istehsal edən və dəyəri 100 milyon manat olan zavodun tikiləcəyinin müjdəsini xəbər verib. Başçı bildirib ki, yeni tikiləcək zavodda gəncəlilər işləyəcək. Şübhəsiz ki, Elmar Vəliyevin gəncəlilərə jestləri təkcə ölkə rəhbərliyinin fevraldakı sərt xəbərdarlığından qaynaqlanmır. Çünki o, Gəncə ?istehkamı?nı itirəcəyi təqdirdə, başqa bir vəzifəyə, özü də daha yüksək vəzifəyə can atır. Zatən, onun Gəncədəki fəallığı da ilk gündən buna hesablanıb. Amma fevral ayında yaşanan xoşagəlməzliklər onun planlarını ciddi şəkildə zədələyib. İndi o, həmin ?zədələri? sarımaqla məşğuldur?. Müsahibimiz deyir ki, Elmar Vəliyevin baş nazirin müavini təyin olunmaq planı var: ?Elmar Vəliyevin yaxınları bu təyinatı qarşıdakı kadr islahatları çərçivəsində gerçəkləşəcəyini düşünür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA