Misir Mərdanov yeni vəzifəsindən danızdı

img

23-04-2013 [01:02]


Sabiq təhsil naziri Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb. Misir Mərdanov ANS PRESS-ə eksklüziv açıqlamasında belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib: "Bu qətiyyən mümkün deyil". AMEA-dan isə bu məsələ bağlı ANS PRESS-ə verilən məlumata görə, sabahkı iclasda sabiq təhsil naziri Misir Mərdanovun AMEA-ya həqiqi üzvü məsələsi həll oluna bilər. Misir Mərdanovun AMEA-ya prezident olması şansının çox yüksək olduğu qeyd edilir. Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. "Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz", - deyə Misir Mərdanov bildirib. Xatırladaq ki, Misir Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə iatefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA