Gəlin, bu Anaya dəstək olaq

img

23-04-2013 [11:39]


gn=left]destek.jpg[/libt] Bu gün sizə haqqında danışacağım şəxs Qarabağ uğrunda döyşlərdə öz sağlamlığını itirmiş Ruxsarə Cumayevadır. Coxları onu Tutu kimi tanıyır. İlk öncə sizə Tutu xanım kimdir ondan deyim. Zaqatalada doğulan Rüxsarə Cumayeva dövlətin müstəqilliyi və millətinin azadlığı üçün meydanlarda günlərlə aclıq elan edən və buna görə oxuduğu universitetdən xaric olunan, Qarabağ uğrunda savaş başlayarkən isə hərbi komissarlığına müraciət edib və omba nahiyəsində anadangəlmə tramva olmasına baxmayaraq, könüllü şəkildə cəbhəyə yollanıb. Cəbhədə Tutu adı ilə tanınan Cumayeva tibb bacısı kimi fəaliyyət göstərib, son döyüşlərə qədər bir türk qadını olaraq böyük şücaət və mərdliklə son ana qədər əsgərlərimizin yanında olmuş, onlarla Azərbaycan əsgərinin həyatını xilas etmişdir. Bundan əlavə çoxsaylı döyüş əməliyyatlarının iştirakçısı olumuş və qəlpə yaraları almışdır. Vətən, torpaq eşqli bir xanım olan bu cəsur qadın keçdiyi keşməkeşli ömür yolunda hər zaman Vətən və torpaq sevgisini en yüksək zirvədə tutdu. Hal-hazırda Tutu Cumayevanın səhhətində ciddi problemlər var. Əgər təcili əmaliyyat olunmazsa, iflic keçirmək təhlükəsi yaranacaq. Dövlət, millət, vətən yolunda borcunu ləyaqətlə yerinə yetirən Qarabağ qazisi Tutu Cumayevanın Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı vardır. Nəzərinizə çatdıraq ki, hal-hazırda Tutu Cumayevanın himayəsində 12 yaşlı qız övladı vardır. Qarabağ qazisi Tutu Cumayevanın təcili olaraq əməliyyat keçirilməsi üçün 28 min AZN məbləğində vəsait tələb olunur. Əməliyyatı üzərinə götürməsi və yaxud da yardım etməsi üçün bütün dövlət orqanlarına müraciət olunmuşdur. Amma təəssüflər olsun ki, hələ heç bir cavab yoxdur. Mən hər kəsə müraciət edirəm gəlin bu Anaya dəstək olaq. Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158 Vöen: 9900003611 Telefon : 012 440 - 15- 54 Kod : 200123 Swift bik : AİİBAZ2X M/Hesab : 0137010001944 S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı Hesab ? 38010019441203449112 (+994)55-327-11-94 Aqşin Hədəf (+994)12-449-40-26 Rəqsanə Qurbanlı (+994)70-531-08-42 Emin Fərhadi (+994)51-984-20-75 Tamerlan Baxşı (+994)51-567-91-27 İlkin Bozqurd (+994)55-923-99-31 Sevinc Əliyeva (+994)50-387-82-32 Ülviyyə Qurban

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA