Bilgəh Qocalar evində qocalarla cavanlar arasında kütləvi dava düzdü

img

22-04-2013 [07:56]


#601;nc Əlillər Evi təmirə dayandıqdan sonra orada yaşayan 20-dən çox gənc əlil Bilgəh Qocalar Evinə yerləşdirilib. Elə o gündən bu günə kimi, burada hər gün gənc nəsillə yaşlı nəslin sözü çəp gəlir, dava-dalaş qocalar evindən əskik olmur. Gənclər ahıl yaşlı insanların onlara rahatlıq verməməsindən şikayət edir. Bəziləri narahatlıqdan şikayət edirsə, digərləri burda baş verənlərdən gileylənir. Biri yeməkdən narazıdır, digəri buradakı natəmizlikdən şikayətçidir. Hamını narazı salan məqamsa pansionatda suyun fasilələrlə verilməsidir. Pansionatın baş həkimi Bəhruz Əlmədətov da bütün baş verənləri müvəqqəti çətinlik kimi dəyərləndirib: ?Ramana Gənc Əlillər Evi təmir olunduqdan sonra hər şey yoluna düşəcək. Gənc əlillər də Ramana əlillər evinə köçürüləcək?. Baş həkim onu da bildirib ki, ərazidə yeni su anbarının tikintisindən sonra su problemi də həllini tapacaq(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA