Yeni nazir Təhsil Nazirliyində ilk yeniliyi etdi; Ramiz Mehdiyev təqdimetmədə oldu

img

22-04-2013 [01:58]


Təhsil Nazirliyində ?Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında? Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) nazirliyin saytının ?Elektron xidmətlər? bölməsinə daxil edilib. Nazirliyin saytında verilən xəbərə görə, yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki,xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir. Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası 1997-ci ilin aprelindən ?Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası?na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub. **** Bu gün Təhsil Nazirliyində geniş iclas da keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iclas zamanı yeni təhsil naziri Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub. Yeni nazirin təqdimatını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib. Ramiz Mehdiyev yeni nazirə və nazirlik kollektivinə müəyyən tövsiyə və tapşırıqlarını verib. Təqdimatda sabiq təhsil naziri Misir Mərdanov iştirak etməyib. Bu gün keçirilən iclasda sadəcə, yeni nazir təqdim olunub, hansısa kadr dəyişikliyi edilməyib. Qeyd edək ki, aprelin 19-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA