Yeni icra başçısı nazirin qardaşının kadrlarını işdən qovdu

img

22-04-2013 [12:40]


İsmayıllının yeni icra başçısı Mirdamət Sadıqov rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişikliyi edib. Prezidentin sərəncamı ilə bu ilin fevral ayında icra başçısı postuna təyinat alan M.Sadıqov keçmiş icra başçısı Nizami Ələkbərovun kadrlarını ixtisara salıb.

Mia.az Modern.az saytına istinadən xəbər verir ki, M.Sadıqovun göstərişilə İcra Hakimiyyəti başçısının birinci müavini Rafael Ağayev və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əzizə Vahabova işdən çıxarılıb.

Məlumatı rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

İsmayıllıda baş verən hadisələr üzündən qəzəbə tuş gələn eks-icra başçısı Nizami Ələkbərovun digər kadrlarının da tutduqları postlardan uzaqlaşdırılacağı gözlənilir. Xatırladaq ki, Mirdamət Sadıqov bu ilin fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA