Dövlət Komitəsi ilə nazirliyin mülk davası

img

22-04-2013 [09:42]


Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Səhiyyə Nazirliyi arasındakı məhkəmə çəkişməsinə son qoyulub. Bu barədə mia.az-a daxil olan məlumata görə, Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi Səhiyyə Nazirliyinə qarşı komitənin balansında olan daşınmaz əmlakın istifadəsinə görə yaranmış icarə haqqı borcunu tələb edən iddia qaldırıb: ?Əmlak Məsələləri Dövlət Komitəsinin Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirlikdən yaranmış 1445 manatlıq borcu tələb edən iddia ərizəsinə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəmədə baxılsa da, sözügedən məhkəmənin çıxardığı qətnamə tərəfləri qane etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətə isə aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində baxılıb?. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə baxılan şikayət üzrə elə həmin günü qərar verilib: ?Hakim Ülv Mayılovun sədrliyi ilə baxılan şikayət üzrə keçirilən prosesdə birinci instansiya məhkəməsinin, yəni 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəmənin qətnaməsi ləğv olunub. Hakim Ülvü Mayılovun qəbul etdiyi yeni qətnaməyə görə, Dövlət Komitəsinin 1445 manatlıq borcun ödənilməsi haqda tələbi əsaslı sayılsa da, icarə müqaviləsinin ləğvi tələbi rədd olunub?. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin tərəfləri nə dərəcə qane etdiyi və bu qərardan Ali Məhkəməyə şikayət olunub-olunmayacağı isə hələlik bilinmir. Tərəflərin mövqeyini də dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA