Bakıda ?I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı? baza çatıb

img

21-04-2013 [11:06]


Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ?I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı? aprelin 20-də başa çatıb. Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Türkiyənin Atatürk Universiteti və digər qurumların təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa dünyanın 13 ölkəsindən (Azərbaycan, Türkiyə, Kanada, Rusiya, ABŞ, Almaniya, İtaliya, Gürcüstan, Qazaxıstan, Pakistan və s) 315 məruzə təqdim edilib. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təşkil olunmuş yekun tədbirdə ADNA-nın rektoru, akademik Siyavuş Qarayev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç diqqətə çatdırmışlar ki, konfransda kimya və kimya mühəndisliyinin inkişaf perspektivləri, elmi əməkdaşlığın genişləndirilməsi imkanları və s. məsələlər ətraflı müzakirə edilmişdir. Çıxış edən digər alimlər beynəlxalq konfransın əhəmiyyətindən danışmış, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildirmişlər. Sonda məruzəçilərə sertifikatlar verildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA