21-04-2013 [05:29]
ABŞ Dövlət Departamenti 2012-ci il insan haqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycana aid hissəsində daha çox Daxili İşlər Naziri Ramil Usubov, Müdafiə Naziri Səfər Əbiyev, Ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi sahələrdəki qanunsuzluqlar və digər neqativ hallara yol verilməsinin qabardılması ?superdövlət?in yeni proseslərə start verməsinin xəbərçisi sayılır.
Xatırladaq ki, hesabatda ABŞ dövləti ordudakı ölümləri insan ləyaqətinə hörmətsizlik kimi qiymətləndirib. Belə ki, hesabatın insan ləyaqətinə hörmət bölümündə ordu xidməti zamanı baş vermiş ölüm hadisələrinə xüsusi diqqət verilir. Sənəddə qeyd olunur ki, yerli insan haqları təşkilatları ötən il ərzində ordudada 97 ölüm halı qeydə alıblar. Bunlardan 77-si hərbi əməliyyatlarla bağlı olmayıb, 11 hərbçi xidmət yoldaşları tərəfindən qətlə yetirilib və daha 19 intihar hadisəsi qeydə alınıb. Yerli müşahidəçilər bildirirlər ki, hərbi hissələrdə fiziki və seksual təcavüz də daxil olmaqla hərbçilərin təhqir edilməsi geniş yayılıb. Bu pozuntulara görə də cəzasızlığın davam etdiyi bildirilir. ABŞ Dövlət Departamentinin daha çox NATO-ya bağlı olduğu deyilən Səfər Əbiyevin rəhbərlik etdiyi ordudakı qanunsuzluqlara belə sərt münasibəti isə bəzi ekspertlər tərəfindən ?artıq ABŞ Azərbaycana baxışını və siyasi yanaşmasını dəyişmək qərarını verib? kimi dəyərləndirilir.
Mia.az-ın xəbərinə görə, hesabatda Azərbaycandakı işgəncə faktlarına da xüsusi diqqət ayrılması daxili işlər naziri Ramil Usubovla baş prokuror Zakir Qaralovun da mövqelərinə sarsıdıcı zərbə kimi yozulmalıdır: ?Hesabatda çox sərt formada Azərbaycanda işgəncə hallarının genişlənməsi faktlarla sadalanıb. Hesabatdakı işgəncələrə aid bölümdə isə qeyd olunur ki, Azərbaycan qanunvericiliyi ilə qadağan olunmasına baxmayaraq, işgəncələrin sayı artır: 2011-ci ildə 136 belə hal qeydə alınmışdısa, 2012-ci ildə 141 olub. Qeyd olunur ki, işgəncələrin böyük əksəriyyəti həbs zamanı polis məntəqələrində baş verir və vurğulanır ki, nəinki bu cür əməlləri törədənlər cəzasız qalır, hətta işgəncə hallarının müstəqil araşdırılmasına de-fakto qadağan mövcuddur. Sənəddə etiraz aksiyalarına qarşı aşırı polis qüvvəsindən istifadə olunmasının davam etdiyi, lakin ilin sonlarına doğru polisin hərəkətlərində daha ölçülüb-biçilmiş yanaşmanın yer aldığı bildirlir. Həmçinin, polis və təhlükəsizlik qüvvələri cəzasızlıq şəraitində fəaliyyət göstərirlər. Daxili İşlər Nazirliyinin 225 rəsmisinə qarşı görülən tədbir isə baş verənlərlə müqayisədə görüntü xarakteri daşıdığı da hesabatda öz əksini tapıb. Hesabatda həbs edilənlərin və saxlanılanların 48 saat müddətində saxlanma icazəsinin olmasına baxmayaraq, bir sıra hallarda tutulanlar müvafiq məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanıldığı da xüsusi vurğulanıb. Sənəddə deyilir ki, həbs edilənlərə onlara qarşı ittihamlar dərhal bildirilsə də, sonradan bu ittihamların dəyişdirilməsi praktikası da geniş yayılıb ki, bu da göstəriolən sahələr üzrə qavnunsuzluqların pik həddə olmasını təsdiqləyir. Qanunsuz həbslər üçün ?polisə müqavimət? ittihamının geniş yayılması böyük problem olaraq qalmasının hesabatda yer alması isə daxili işlər naziri Ramil Usubov üçün baş ucalığı gətirməyən ciddi məsələ sayla bilər. Sadalanan və buy a digər məqamları nəzərə aldıqda, hesabatın istər Ramil Usubova, istərsə də belə hallara qarşı cəza tədbirləri görməli olan digər səlahiyyətli Zakir Qaralova ağır zərbə olmaqla yanaşı, onların ABŞ-ın ?qara siyahısı?na düşməsinə zəmin yaratması anlamına gəlir?.
Müsahibimiz deyir ki, hesabatda ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi sahələrdəki qanunsuzluqlar daha geniş şəkildə yer alıb. Sənəddə bildirlir ki, Azərbaycanın bir sıra həbsxanalarında həyat üçün təhlükəli şərait mövcuddur, həbsxanalar müasir standartlara cavab vermir: ?Belə bir fakt xüsusən vurğulanır ki, məhkəməyə qədər dövrdə qadınlarla kişilərin bir yerdə saxlanması halları qeydə alınıb. Bundan əlavə, 2012-ci ildə əksəriyyəti həbsxana xəstəxanalarında olmaqla 111 məhbus dünyasını dəyişib. Fikrət Məmmədova yönəlik ittihamlar təkcə bunlardan ibarət deyil. Hesabatda nazir Fikrət Məmmədovun həm də Məhkəmə ?Hüquq Şurasının sədri olaraq məhkəmə sistemindəki qanunsuzluqlara göz yumması, o cümlədən məhkəmələrin müstəqilliyini təmin edə bilməməsi də öz əksini tapıb. Ən acınacaqlı fakt isə məhkəmələrin icra icra strukturlarından gələn sifarişlər əsasında qərarlar çıxarması göstərilib. Sənəddə məhkəmələrin bəzən lüzumsuz olaraq qapalı keçirilməsinə və hökmlərin qapalı iclaslarda çıxarılmasına yol verilməsinin də qeyd olunması və bu kimi faktların geniş sadalanması da nazir Fikrət Məmmədovun reputasiyasına ciddi zərbə olmaqla bərabər, həm də Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmuş olub?.
Müsahibimiz deyir ki, bu il Azərbaycanda seçki ili olduğundan ölkəmizə diqqət güclənəcək: ?Şübhəsiz ki, Azərbaycan hakimiyyəti bu diqqəti öz mənafeyi naminə dəyərləndirməyə çalışacaq. Bu səbəbdən ölkəmizin imicini daha çox zərbə altında qoyan və yuxarıda adları çəkilən 4 yüksək çinli məmurdan ən azı ikisinin postu ilə vidalaşması gerçəkləşdirilə bilər?.